İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub


Azərbaycanın keçmiş prezidenti, mərhum Əbülfəz Elçibəyin 1993-cü ildə İsrail-Azərbaycan münasibətləri haqqında tarixi çıxışı yayılıb. Bu haqda AXP rəhbəri Pənah Hüseyn özünün feysbukunda paylaşım edib.

Sabiq prezident AXC Ali Məclisinin 26 fevral 1993-cü il tarixli sessiyasında çıxışında olduqca maraqlı, bugünkü reallıqda hətta sensasion sayıla bağlı fikirlər səsləndirib.

Turkustan.az Globalinfo.az-a istinadən çıxışı təqdim edir:

“…Mən yenə o fikirdə qalıram ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Xalq Hərəkatının, Azərbaycan Xalq Azadlıq ideallarının üçün doğulub, o dağılmaz. Ta Azadlıq hərəkatını başa çatdırmayınca AXC dağılmayacaq. ki, İran inciyəcək, turançılıq belə gəldi və s. Bu yol belə də gedəcək.

Bəzən deyirlər, siyasətlə onu, bunu söyürsünüz. İran belə gəldi, Turan belə getdi. Bəli kim gəlir, gəlsin, danışaq ikilikdə. Görək kim haqlıdır, öyrənək. Misir, İsrail, İran – üçü də bir- biri ilə düşməndir. Amma hamısı Azərbaycanı sevir. İsrailin Moskvadakı səfiri gəlib deyir ki, biz Azərbaycanla olan müttəfiqik. Azərbaycan müstəqil dövlətə gedir. Yaxın şərqdə ən yaxşı dövlət bu olacaq. Varı, intellektual güc var, azadlıq idealına yiyələnib, demokratik yolla gedir, mədəni bir ölkə ilə əlaqə yaradır və s. Azərbaycanın bütün cəmiyyətlərlə müdafiəçiliyi uzaqdan olar. İranın da başqa bir əsası var. İran bilir ki, Azərbaycanla düşmən olmaq İranın parçalanmasını tezləşdirər.
Biz bircə şeyi bilməliyik. Hansı məsələ Azərbaycan millətinin xeyrinədir, onu et lazımdır. Qardaşıq, dostuq, amma siyasət başqa şeydir”.


MANŞET XƏBƏRLƏRİ