Londonda müharibə hazırlığı: Böyük Britaniya əhalini raket hücumlarına qarşı xəbərdar edir


Böyük Britaniya hökuməti ölkə əhalisini mümkün raket hücumlarına və müharibə təhlükəsinə hazırlamağa başlayıb.

Turkustan.az xəbər verir ki, iki ildən sonra ilk dəfə fövqəladə hallarda xəbərdarlıq sistemi yenidən yoxlanılacaq.

Rəsmi məlumatlara görə, yaxın vaxtlarda ölkədəki bütün mobil telefonlarda xüsusi “təhlükə siqnalı” səslənəcək. Təlim siqnalının dəqiq tarixi hələ açıqlanmayıb, lakin hakimiyyət orqanları gələcəkdə bu yoxlamaları hər iki ildən bir keçirməyi planlaşdırır.

Hökumət Böyük Britaniyanın Yaxın Şərqdə eskalasiya edən münaqişəyə cəlb olunma riskini əsas gətirərək əhalini müharibəyə hazır olmağa çağırır.

“Vətəndaşlarımız başa düşməlidir ki, qlobal vəziyyət çox sürətlə dəyişir. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir,” – deyə rəsmi mənbələr bildirir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ