İran vuruldu, Zəngəzurda təhlükə var? – Paşinyan açıqladı


“İrandakı vəziyyətlə əlaqədar Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib. Lakin bu, Sünikdə (Zəngəzur-red.)təhlükə olduğu mənasına gəlmir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, Zəngəzurla bağlı iddiaları təxribat adlandırıb:

“İclasların Süniklə heç bir əlaqəsi yoxdur. Bu istiqamətdə səsləndirilən fikirlər tamamilə əsassızdır və təxribat xarakteri daşıyır. Ermənistan və Azərbaycan sülh müqaviləsi üzrə razılığa gəliblər, yeni müharibə olmayacaq, sülh olacaq”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ