Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media hesabında növbəti dəfə paylaşım edərək müəyyən iddialara sərt cavab verib.
Turkustan.az-ın məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər yayıb.
Paşinyan bildirib: “Qarışıq (hibrid) müharibə və sair — hər şey aydındır. Amma kimsə ciddi şəkildə soruşursa ki, biz guya Dilijan Milli Parkında uran tullantıları saxlayırıqmı, deməli bu adam ya eşşəkdir, ya agent, ya da bu saxta xəbərləri yayan robaserjin ailə üzvüdür.”
Qeyd: “Robaserj” sözü Nikol Paşinyanın keçmiş prezident Serj Sarkisyanı təhqiramiz tərzdə ifadə etmək üçün tez-tez işlətdiyi ironik ifadədir. Bu, Sarkisyanın ad və soyadının birləşdirilərək alçaldıcı şəkildə təqdim olunmasıdır. /azpolitika.info/