Üçüncü Dünya müharibəsində sağ qala biləcəyiniz ən təhlükəsiz ölkələr açıqlandı


2025-ci il Qlobal Sülh İndeksinə görə, hazırda dünyada 78 ölkə ya müharibə vəziyyətindədir, ya da münaqişə gedən ölkələrlə həmsərhəddir.

Turkustan.az xəbər verir ki, 163 ölkə üzərindən aparılan hesablamalarda dünyada 59-dan çox müharibə zonası olduğu məlum olub. Bu, İkinci Dünya Müharibəsindən bəri ən yüksək rəqəmdir.

Araşdırmalara görə, son beş ildə 78 ölkə öz sərhədləri xaricində müharibələrə cəlb olunub.

Bəs bu müharibələr fonunda dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

2. İrlandiya. Ada dövləti olması və Britaniya asılılığından uzaq dayanması onu təhlükəsiz ölkələr siyahısına qoyur. NATO üzvü deyil.

3. Yeni Zelandiya. Onun təhlükəsizliyi əsasən coğrafi mövqeyinə, çevik xarici siyasətinə və güclü demokratiyasına əsaslanır.

4. Avstriya. Avropada NATO-ya üzv olmayan azsaylı ölkələrdəndir, bu isə onu təhlükəsiz ölkə edir.

5. İsveçrə. Bölgədə müharibələr olsa belə, bu ölkə münaqişələrdən təsirlənmir. NATO üzvü deyil, İkinci Dünya Müharibəsindən qalma insan sığınacaqları var.

6. Sinqapur. İnkişaf etməkdə olan bu Asiya ölkəsi münaqişə zonalarına yaxın olmasına baxmayaraq dünyanın təhlükəsiz ölkələrindən hesab edilir.

Yuxarıdakılardan əlavə, 7-ci sırada Portuqaliya, 8-ci Danimarka, 9-cu isə Sloveniyadır.

10-cu və 11-ci sıralarda Finlandiya ilə Sinqapur qərarlaşıb.

Qeyd edək ki, 163 ölkənin arasında Azərbaycan dünyanın ən təhlükəsiz 95-ci, Türkiyə 146-cı ölkəsi sayılır. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ