İsrail səfiri Azərbaycanı tərk edir – Səbəb


İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə diplomat APA-nın sorğusuna cavab olaraq bildirib.

Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:

“Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam”, – o vurğulayıb.

Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.


MANŞET XƏBƏRLƏRİ