“Erməni kilsəsi hər zaman separatizmin və terrorun mənbəyi olub” – Millət vəkili


“Ermənistanda kilsə ilə Paşinyan hakimiyyəti arasında ziddiyyət dərinləşməkdədir. Erməni kilsəsi Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləmək, sərhəd xəttinin müəyyənləşdirilməsinə əgnəl yaratmaq üçün ölkə daxilində qeyri-sabitlik yaradılmasına çalışır”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, erməni kilsəsi tarixən erməniçiliyin ilham mənbəyi olub, separatizmi, terrorçuluğu, vandalizmi dəstəkləyib: “Biz erməni kilsəsinin bu xüsusiyyətlərini müxtəlif zamanlarda görmüşük. İstər ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarda, istərsə, müasir dövrdə. Yaxasında xaç asan canilər qadınlara, qocalara, körpə uşaqlara olmazın zülmlər ediblər, soyqırımı törədiblər”.

Bu gün Azərbaycanla Ermənistan aparında gedən sülh vı birgə yaşayışla bağlı danışıqların getdiyi bir zamanda, erməni kilsəsi bu prosesin qarşısının alınması üçün müxtəlif təxribatlara əl atır. Keşiş Baqrat Qalstanyanın başlatdığı “Vətən naminə Tavuş” hərəkatı da kilsə tərəfindən yönləndirilən hərəkatdır. Hazırda Ermənistanda ictimai-siyasi vəziyyət kəskin gərginləşib. Bir sıra ərazilərdə toqquşma, ixtişaş və aksiyalar da planlaşdırılıb. Erməni kilsəsi mitinqə kifayət qədər adam toplamaq üçün Baqrat vasitəsilə Ermənistanda fəaliyyət göstərən bir sıra məzhəb təşkilatlarının nümayəndələri ilə də pərdəarxası görüşlər keçirir.

Bu görüşlər zamanı erməni keşiş məzhəb təşkilatlarının rəhbərlərini maddi və digər mənada maraqlandırmağa, öz tərəfdarlarını mitinqlərə və digər aksiyalara cəlb etməyə inandırır. Bu isə deməyə əsas verir ki, erməni kilsəsi məqsədinə nail olmaq üçün bütün vasitələrə əl atacaq.

A.Məmmədov erməni xalqının kilsənin diqtəsi ilə hərəkət etməkdən uzaq olmalı olduğunu vurğulayıb: “Bu gün İrəvanda revanişt qüvvələr aktivləşib. Onlar mənəvi güc olaraq arxalarında erməni kilsəsini görürlər. Bu baxımdan, bir sıra Qərb dairələri Ermənistanda baş verən hadisələri gözardı etməməlidirlər. Erməni kilsəsinin hazırda arxasında dayandığı hərəkat ən başlıcası erməni xalqının özünə zərər verə bilər. İkinci isə Azərbaycana yönəlmiş hansısa təhdidə çevrilə bilər".

Eltac Zülfüqarolu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ