Macarıstanın baş naziri Viktor Orban ölkəsini “sülh adası” adlandırıb və ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında keçiriləcək sammitə hazırlıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə o , X sosial şəbəkəsində yazıb .
Cümə axşamı axşam saatlarında Orban “Donald Trampla indicə telefon danışığı apardığını” və sammitə hazırlıqların artıq başladığını açıqladı.
"ABŞ-Rusiya sülh sammitinə hazırlıq davam edir. Macarıstan sülh adasıdır", - Macarıstanın baş naziri əlavə edib.
Daha sonra Macarıstanın xarici işlər naziri Péter Szijyarto X sosial şəbəkəsində yazıb ki, Macarıstan ABŞ-Rusiya sammitinə ev sahibliyi etməyə hazırdır, çünki o, "Ukraynada müharibə başlayandan bəri ardıcıl olaraq sülhü müdafiə edir".
"Biz məhsuldar danışıqlar üçün bütün şəraiti təmin edəcəyik ki, sülh nəhayət Avropaya qayıtsın. Mən ABŞ dövlət katibinin müavini Kristofer Landau və xarici işlər naziri (Rusiya - red.) Lavrovla danışdım - hazırlıq gedir", - Siyarto oktyabrın 17-də qeyd edib.
Aytən Yaşar/ Turkustan.az