Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Turkustan.az xəbər verir ki, R.İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.