Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video


Şanlıurfada balaca Abdullah Əmrənin etdiyi hərəkət bütün Türkiyədə böyük rəğbətlə qarşılanıb.

Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yaşayan balaca Abdullah Əmrə evinin damına çıxaraq əlində Türkiyə bayrağı ilə səmada uçan polis helikopterini salamlayıb. Həmin səmimi anlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə insanın rəğbətini qazanıb.

Balaca Abdullahın bu vətənpərvər davranışı cavabsız qalmayıb. Şanlıurfa Polis İdarəsinin rəisi Atilla Aksoy onu qəbul edərək şanlı Türkiyə bayrağı və velosiped hədiyyə edib.

Görüş zamanı Abdullahın dövlət rəmzlərinə və polisə göstərdiyi sevginin təqdirəlayiq olduğu vurğulanıb. Hədiyyələrin təqdim olunduğu anların görüntüləri də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.


MANŞET XƏBƏRLƏRİ