Trampın Türkiyədə “nəvəsi” də peyda oldu – VİDEO


ABŞ Prezidenti Donald Trampın Türkiyədə “nəvəsi” də ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, bununla bağlı sosial mediada görüntülər yayılıb.

Belə ki, gənc bir xanım Trampın “qızı” Necla Özmenin övladı olduğunu deyib.

“Necla Özmen anamdır, ona səslənirəm: Babam Tramp Ankaraya gələndə mənə də xəbər verəcəksiniz, mən burda çətin vəziyyətdə yaşayıram. Babam nəvəsinə, sən də qızına sahib çıx!”, – deyə sözügedən qadın paylaşdığı videoda qeyd edib.

Xatırladaq ki, Türkiyə vətəndaşı Necla Özmen D.Trampın atası olduğunu iddia edir.

NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək, ABŞ Prezidenti də burada iştirak edəcək. /Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ