Çin Müdafiə Nazirliyi Çin və Rusiya donanmalarının "Birgə Dəniz-2026" adlı birgə dəniz təlimi keçirəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, Çin Müdafiə Nazirliyi Çin və Rusiya donanmalarının bu ay Çinin şərqindəki Şandun əyalətindəki Çinqdao liman şəhəri yaxınlığındakı ərazi sularında və hava məkanında "Birgə Dəniz-2026" təlimi keçirəcəyini açıqladı. Nazirliyin bu gün verdiyi açıqlamada təlimdən sonra hər iki ölkənin bəzi bölmələrinin Sakit Okeanın müəyyən ərazilərində birgə dəniz patrulları keçirəcəyi bildirilib.
İki ordu arasında illik əməkdaşlıq planının bir hissəsi olaraq keçiriləcək təlimin məqsədi təhlükəsizlik təhdidlərinə birgə cavab verməyə və regional sülh və sabitliyin qorunmasına töhfə verməkdir.
Aytən Yaşar/ Turkustan.az