Azərbaycanda qəzetlərin qiyməti BAHALAŞDI


Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb.

Turkustan.az xəbər verir ki, Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 0.20 qəpik artım olub.

Belə ki, "Azərbaycan", "Bakinskiy raboçi", "İki sahil", "Respublika", "Xalq", "Yeni Azərbaycan" qəzetləri 0.20 qəpik bahalaşaraq 0.60 qəpiyə satılır.

"Ejd. Novosti" qəzetinin qiyməti isə 0.30 qəpik bahalaşaraq 0.80 qəpik olub. "Xalq Cəbhəsi" qəzeti isə 0.10 qəpik bahalaşaraq 0.40 qəpiyə satılır.(Trend)


MANŞET XƏBƏRLƏRİ