“TikTok” yaradıcıları yeni sosial şəbəkəni istifadəyə verir


“TikTok” yaradıcıları yeni sosial şəbəkəni – “TikTok Notes”-u elan ediblər.

Turkustan.az “TechCrunch”-a istinadən məlumatına görə, proqram “Instagram” ilə rəqabət aparacaq. O, istifadəçilərə öz “TikTok” hesablarında fotolar yerləşdirmək və yazılara baxmaq imkanı verəcək.

“TikTok” istifadəçiləri yeni xidmətin inkişafını təsdiqləyiblər. Amma onun dəqiq nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.

Bu yaxınlarda “TikTok”-un adi versiyasının kodunda fotoların dərci üçün sosial şəbəkə olan “TikTok Photos” xidmətinə, həmçinin “P” hərfini əks etdirən loqo aşkar edilib. Şirkət nümayəndələri bu xəbəri şərh etməyiblər. Üstəlik, işçi adı “Photos” (“Şəkillər”) olan tətbiqin adının “Notes” (“Qeydlər”) olaraq dəyişdirilməsinə qərar verilib.

Xatırladaq ki, “TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan qısa videoların dərci üçün sosial şəbəkədir. Tətbiqin bütün dünya üzrə aylıq istifadəçilərinin sayı 1 milyardı ötür. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ