Dövlət Yol Polisi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə birgə nəzarət-profilaktiki tədbirlər həyata keçirir.
Turkustan.az xəbər verir ki, tədbirlər çərçivəsində velosiped və skuter istifadəçilərinin yol hərəkəti qaydalarına əməl etməsi, mikromobillik vasitələrindən təhlükəsiz və qaydalara uyğun istifadənin təşviqi, eləcə də hərəkət iştirakçıları arasında maarifləndirmənin gücləndirilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.
Həyata keçirilən tədbirlər həm velosiped və skuter istifadəçilərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
DYP və AYNA velosiped və skuter sürücülərini məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və təhlükəsizliyi hər zaman ön planda tutmağa çağırır.