Səudiyyə Ərəbistanına istənilən hücum Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistandan ibarət Məkkə Müdafiə İttifaqının işə düşməsinə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.
“Biz bu paktın şərtlərinə bağlıyıq. Əgər müttəfiqlərimizə qarşı təcavüz olarsa, öz öhdəliklərimizi yerinə yetirəcəyik. Bununla bağlı heç bir qeyri-müəyyənlik yoxdur. Husilər anlamalıdırlar ki, Səudiyyə Ərəbistanına endirdikləri zərbələr bu razılaşmanın aktivləşməsinə səbəb ola bilər”, - müdafiə naziri vurğulayıb./teleqraf