Almaniyanın keçmiş kansleri Angela Merkel “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki seçki qələbəsini Almaniya üçün “əsl dönüş nöqtəsi” adlandırıb.
Turkustan.az xəbər verir ki, Merkel süni intellektlə bağlı tədbirdə çıxışı zamanı AfD-nin seçkilərdəki uğurunu şərh edib. Xristian Demokrat Birliyinin (CDU) üzvü olan keçmiş kansler nəticənin onu şoka saldığını və dərindən sarsıtdığını bildirib.
“Bu, Almaniya Federativ Respublikasının tarixində bir dönüş nöqtəsidir, əsl dönüş nöqtəsidir. Daha emosional desək, CDU üzvü olaraq ürəyim qanayır, bunu həqiqətən deməliyəm”, – deyə Merkel bildirib.
Keçmiş kansler demokratik partiyaları vətəndaşlarla birbaşa əlaqələri gücləndirməyə və xüsusilə sosial mediada AfD-nin artan təsirinə qarşı daha effektiv mübarizə aparmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az