“Hamıdan pul dilənən siyasətçi nüfuzunu itirəcək” – Medvedçukdan Zelenskiyə sərt sözlər


Hamıdan pul dilənən siyasətçi heç bir nüfuza və ya etibara malik olmayacaq.

Turkustan.az "NTV"yə istinadən xəbər verir ki, bunu "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.

O, bildirib ki, Avropada Kiyev rejiminə maliyyələşdirmənin dayandırılmasını tələb edən səslər daha çox artıb:

"NATO sammitindən əvvəl beynəlxalq təşkilat olan "Pew" Araşdırma Mərkəzi fevral-may ayları arasında 37 ölkədə apardığı və 45.658 respondenti əhatə edən sorğunun nəticələrini açıqlayıb. Nəticələrə görə, respondentlərin 52%-i Zelenskiyə etibarsızlıq göstərib, həm Qərbdə, həm də Qlobal Cənub ölkələrində etibarın azalması qeydə alınıb. 15 ölkədə respondentlərin əksəriyyəti ona etibar etmir".

Medvedçuk qeyd edib ki, ABŞ-ni müttəfiq kimi itirən Zelenskinin Ukraynası artıq Almaniya, Fransa və İtaliyanı itirməyə başlayı. Bu isə Kiyev rejiminin Avropa vəsaitlərini itirməsinə bərabərdir. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ