Ərşə qalxan səslər: Alimlər kosmosda ruhları tapdılar


Dyuk Universitetinin (ABŞ) Pratt Mühəndislik Məktəbinin alimləri kosmosda unikal elektromaqnit hadisələrini qeydə alıblar.

Turkustan.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Araşdırmaya görə, kainatın müəyyən bölgələrində ildırım çaxmasına bənzəyən enerji impulsları aşkar edilib. Astrofiziklərin fikrincə, bu anomaliyalar xüsusi şəraitdə əmələ gələn maqnit sahələrinin mövcudluğunu göstərə bilər.

Yüksək həssaslığı olan teleskoplar sayəsində qeydə alınmış enerji dalğalarının bir neçə kilometrə qədər məsafələrə yayıldığını müəyyən etmək mümkün olub. Tədqiqatçılar enerjinin əvvəllər öyrənilməmiş formalarının mövcudluğu haqqında fərziyyə irəli sürərək, onları şərti olaraq “ruhların çoxluqları” adlandırıblar.

Mütəxəssislər izah edib ki, əvvəlki nəsil avadanlıqların məhdud imkanları səbəbindən bu cür hadisələr diqqətdən kənarda qalıb. Elmi komanda məlumatların gələcək təhlilinin kosmik proseslərin yerüstü texnologiyalarla qarşılıqlı əlaqəsinin yeni aspektlərini aşkar edəcəyinə ümid edərək müşahidələrini davam etdirir./publika.az


MANŞET XƏBƏRLƏRİ