AB Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi qərarının rəsmən qəbul edildiyini, həmçinin bankları, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli sektorlarda fəaliyyət göstərən şirkətləri və 24 media qurumunu da sanksiya siyahısından çıxardığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqı (AB) Şurasından edilən yazılı açıqlamada, 20 Mayda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısında alınan siyasi qərarın rəsmi olaraq qəbul edildiyi və qısa müddət ərzində Rəsmi Qəzetdə dərc ediləcəyi açıqlanıb.
Açıqlamada 24 qurumun “fondların və iqtisadi qaynaqların dondurulması nəzərdə tutulanlar siyahısından” çıxarıldığı və bunların “Suriya Mərkəzi Bankı da daxil olmaqla banklar və ya Suriyanın iqtisadi dirçəlişi üçün əhəmiyyətli sektorlarda (neft istehsalı və emalı, pambıq və telekommunikasiya) fəaliyyət göstərən şirkətlər, eləcə də media qurumları olduğu bildirilib.
Bəyanatda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın aşağıdakı bəyanatları yer alıb:
"Bu qərar Aİ-nin Suriyanın bərpasına və bütün suriyalıların istəklərini yerinə yetirən siyasi keçidə həqiqətən dəstək verməsi üçün indiki tarixi zamanda atılması lazım olan düzgün addımdır. Aİ son 14 ildə Suriya xalqının yanında olub və bundan sonra da belə olacaq".
Aytən Yaşar/ Tutkustan.az