Türkiyənin Xarici işlər naziri Hakan Fidan sabah Ukraynaya səfər edəcək.
Turkustan.az xəbər verir ki, Nazir Fidan səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəbul ediləcək. Fidan həmçinin xarici işlər naziri Sybiha və müdafiə naziri Umerovla ikitərəfli danışıqlar aparacaq.
Səfər zamanı ikitərəfli münasibətlər, Rusiya ilə davam edən müharibənin hazırkı mərhələsi, Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq. Fidan həftə ərzində müharibənin qarşı tərəfi olan Rusiyaya səfər edib, Rusiya prezidenti Putin və xarici işlər naziri Lavrovla görüşüb. Ukrayna və Rusiya nümayəndə heyətləri arasında uzun müddətdən sonra ilk görüş yenidən İstanbulda keçirilib və tərəflər 16 may 2025-ci ildə Dolmabahçe İş Ofisində görüşüblər.
Xarici işlər naziri Fidanın səfəri zamanı həmçinin Krım Tatar və Qaqauz türklərinin nümayəndələri, başda Krım Tatarlarının Ümummilli Lideri, Ukrayna millət vəkili Mustafa Kırımoğlu və Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovla görüşləri gözlənilir.
Aytən Yaşar/ Turkustan.az