İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS-ın Qəzza rəhbəri və mərhum Həmas lideri Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar məhv edilib.
Turkustan.az xəbər verir ki, Məhəmməd Sinvar İsrailin ən çox axtarılanlar siyahısında olan adlardan biri idi.
Məhəmməd Sinvar ötən il Qəzzada davam edən müharibə zamanı qardaşı Yəhyanın İsrail tərəfindən döyüşdə öldürülməsindən sonra HƏMAS-ın yüksək rütbələrinə yüksəlib.
Yəhya Sinvar 2023-cü ilin oktyabrında İsrailin müharibəyə səbəb olan hücumunu planlaşdıran şəxs kimi tanınır. Sinvar İsrailin İranda İsmayıl Haniyəni öldürməsindən sonra Həmas lideri təyin edilib.
Aytən Yaşar/ Turkustan.az