“Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var”.
Turkustan.az xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zirvə görüşündə deyib.
"Siz keçilməz qaya kimi bizimlə bərabər dayanmısınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri qoruyacağıq. Üçtərəfli format zamanında teşkil edilib və mühüm əhəmiyyətə malikdir. Bu, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir", - deyə Pakistanın Baş naziri qeyd edib.