Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfəri ötüb.
Modern.az xəbər verir ki, artıq 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
***
23:52
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən şadlıq sarayında qeydə alınıb.
Belə ki, şadlıq sarayında keçirilən toy məclisində iştirak edən 7 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlərin siyahısını təqdim edirik:
Ağstafa rayonunun Həsənsu kənd sakini 1995-ci il təvəllüdlü Samir Məmmədli;
Tovuz rayonunun Cəlilli kənd sakini 2008-ci il təvəllüdlü Nihat Həsənov;
Tovuz rayonunun Yuxarş Öysüzlü kənd sakini 2007-ci il təvəllüdlü Nihat Həsənov;
Ağstafa rayonunun Xətai kənd sakini 1999-cü il təvəllüdlü İlham Hüseynov;
Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Sevda Ələsgərova;
Tovuz rayon sakini 2010-cu il təvəllüdlü Sadiq Quliyev;
Ağstafa rayon sakini 1986-cı il təvəllüdlü Könül Quliyeva;