Azərbaycanda 35 yaşlı kişini ildırım vurdu


Goranboyda 35 yaşlı kişini ildırım vurub.

Turkustan.az Konkret.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Ayaz Mübariz oğlu Quliyevi həyətində qəfil ildırım vurub və o huşunu itirərək yerə yıxılıb.

A.Quliyev təcili xəstəxanaya çatdırılıb.


MANŞET XƏBƏRLƏRİ