Ermənistan əsgəri Azərbaycanla sərhəddə minaya düşdü


Erməni sərhədçi Voskepar kəndində yerləşən kilsənin yaxınlığında minaya düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalist Voskan Sarkisyan "Facebook" səhifəsində məlumat yayıb.

“Voskepar kəndi yaxınlığında 7-ci əsrə aid Surb Astvatsatsin kilsəsi yaxınlığında erməni sərhədçi yaralanıb. O, piyada əleyhinə minaya düşüb. Mina ayağını qoparıb”, - deyə o yazıb.

Sərhədçi Noyamberyan Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, bu, mina partlayışı nəticəsində xəsarət alan üçüncü erməni hərbçisidir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ