Çində "Noul" tayfunu: 715 min nəfər təxliyə edildi


Bazar günü səhər saatlarına qədər ölkəni vuran "Noul" tayfunu səbəbindən Çinin Quandun əyalətinin 715 mindən çox sakini təxliyə edilib.

Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət hakimiyyəti məlumat yayıb.

"Tayfunun yaxınlaşması ilə əlaqədar Quandunun müxtəlif rayonlarının hakimiyyət orqanları və idarələri yüksək hazırlıq rejiminə keçib və təbii fəlakətin fəsadlarından qorunmaq üçün birgə tədbirlər görürlər", - məlumatda bildirilib. /modern.az/az/


MANŞET XƏBƏRLƏRİ