İspaniyanın Madrid şəhərində, eləcə də Avila və Kastelyon əyalətlərində meşə yanğınlarına görə 116 mindən çox şəxs təxliyə edilib.
Turkustan.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
Bildirilib ki, gecə saatlarında intensivlik azalsa da, Madriddəki yanğın hələ də lokallaşdırılmayıb.
“Alov paytaxt bölgəsində və Avilada 45 000 hektardan çox ərazini məhv edib. Kastelyonda yanğının perimetri 21 kilometrə çatır. İspaniyada alovun məhv etdiyi ümumi sahə təxminən 131 113 hektar təşkil edə bilər”.
Məlumata görə, bu gün yenidən yüksək temperatur müşahidə ediləcək və bu, yanğınların söndürülməsi səylərinə birbaşa təsir göstərəcək. /globalinfo.az/