İranın Əsəluyə şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, bu barədə şəhərin meri İsgəndər Pasalar məlumat yayıb.
Məlumata görə, Əsəluye şəhərində baş verən güclü zəlzələ bəzi kəndlərdə köhnə evlərə ziyan vurub.
Ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəyib.
İnsan tələfatı yoxdur. /axar.az/