Tramp polad tarifini 50 faizə qaldıracaq


ABŞ prezidenti Tramp polad idxalına tarif dərəcəsinin 25 faizdən 50 faizə qaldırılacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ Steel-in Pensilvaniyadakı müəssisəsində polad sənayesi ilə bağlı açıqlamalar verib.

Polad idxalına rüsumların artırılacağını bildirən Tramp: “ABŞ-a idxal edilən polad tarifini 25 faizdən 50 faizə qaldıracağıq” deyib.

Tramp artan polad tariflərinin ABŞ-da polad sənayesini daha da təmin edəcəyini söylədi.

ABŞ prezidenti Tramp fevralın 10-da polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı fərman imzalayıb. Sözügedən tariflər martın 12-dən qüvvəyə minib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ