Ərdoğan Zelenski ilə danışdı: Gec olmadan...


Türkiyə prezidenti Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Turkustan.az xəbər verir ki, rəyasət Heyətinin Kommunikasiyalar İdarəsi görüşlə bağlı açıqlama verib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:

Görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və qalıcı sülhün təmin olunması üçün çalışmaya davam edəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu və İstanbulda danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa müddətdə həyata keçirilməsindən məmnun olduğunu bildirib.

Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə zəmin yaradacağını, hər iki ölkənin güclü nümayəndə heyətləri ilə görüşdə iştirakının sülh yolunda verilən sürətin davamı üçün vacib olduğunu bildirdi.

Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra rəhbərlik səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesinə faydalı olacağını və bunun çox gecikmədən edilməsi lazım olduğuna inandığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ