May ayında bank kartlarından bu qədər pul oğurlanıb?


May ayı ərzində vətəndaşların bank kartlarından ümumən 300 min manata yaxın (298.5 min) pul kiber üsullarla oğurlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Ən yüksək məbləğdə pulun oğlandığı gün mayın 7-də qeydə alınıb. Həmin gün vətəndaşların bank kartlarından 30 min manatdan çox pul talanıb.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.

Rəsmi rəqəmlərə görə, son 4 ayda Azərbaycanda bank kartlarından vətəndaşların 6 milyon manatdan çox vəsaiti oğurlanıb.


MANŞET XƏBƏRLƏRİ