COVID-19 pandemiyası ABŞ-də infarkt üçün xəstəxanaya yerləşdirilmələrin 35% azalmasına səbəb olub.
Lakin indi də bu nisbət azalmağa davam edir. Niyə? Yeni bir araşdırma göstərib ki, pandemiya zamanı insanlar tibbi yardımdan qaçsalar da, yaxı profilaktika infarktların qarşısının alınmasına səbəb olub.
Turkustan.az xəbər veeir ki,“ JAMA Cardiology”-də dərc edilən araşdırma COVID-19 ölüm nisbətlərini əsas götürüb. Müəyyən olunub ki, pandemiya pik həddə çatdığı zaman infarkt və bu səbəbdən xəstəxanaya yerləşdirmələr ən aşağı səviyyədə olub.
Eyni şey böyrək daşları kimi digər təcili və ya ağrılı xəstəliklərə də aiddir. Bu, normal olaraq tibbi yardım axtaran insanların COVID-19-a yoluxma riski yüksək olduqda evdə qalmağı seçdiyini göstərib.
Elm adamları belə rəyə gəliblər ki, pandemiya ilə bağlı azalmanın əsas səbəbi xəstəxanadan yayınma və insanların özünə daha yaxşı baxması olub.
Lakin pandemiya məhdudiyyətləri qaldırıldıqdan sonra belə, həkimə müraciətlərin və xəstəxanaya yerləşdirilmələrin sayı pandemiyadan əvvəlkindən daha aşağı səviyyədə qalıb. Bu, infarktla bağlı daha geniş və davamlı olub.
Tədqiqatçılar bu tendensiyanın bir sıra səbəblərini, o cümlədən daha az insanın siqaret çəkməsi, insanların daha sağlam qidalanması və yüksək xolesterin, yüksək qan təzyiqi kimi əsas xəstəliklər üçün daha yaxşı müalicə üsulları ilə əlaqələndirir. /cebheinfo.az/