Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu Hörmüz boğazı və Fars körfəzindəki vəziyyətin ilk gündən etibarən diqqətlə izlənildiyini bildirib.
Turkustan.az xəbər verir ki, nazirin sözlərinə görə, bütün aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət nəticəsində 26 iyun 2026-cı il tarixinə bölgədə gözləyən Türkiyəyə məxsus bütün gəmilər təhlükəsiz şəkildə hərəkətə başlayıb.
Uraloğlu qeyd edib ki, ümumilikdə 15 Türkiyə gəmisi bölgəni təhlükəsiz şəkildə tərk edib.
O əlavə edib ki, Fars körfəzində ticarət fəaliyyətini davam etdirən Türkiyəyə məxsus üç gəmi isə bölgədən ayrılmaq üçün müraciət etməyib. Həmin gəmilərdə ümumilikdə 99 Türkiyə vətəndaşı çalışır.
Nazir vurğulayıb ki, indiyədək Türkiyəyə məxsus heç bir gəmi Fars körfəzindən təxliyə olunmaq üçün rəsmi müraciət etməyib. O, vətəndaşların və dənizçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə vəziyyətin yaxından izlənildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az