Ukraynanın Zaporojye vilayətinə edilən hücum nəticəsində yaralananların sayı doqquza çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram kanalında açıqlama verib.
Fedorov bildirib ki, son məlumata əsasən, hücum nəticəsində azı doqquz nəfər xəsarət alıb. O, yaralıların sayının arta biləcəyini də istisna etməyib.
Aytən Yaşar/ Turkustan.az