Katz: İran İsrailə hücum etsə, ən böyük səhvini etmiş olacaq


İsrailin müdafiə naziri Yisrael Katz İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" Qüvvələrinin komandanı İsmayıl Qaaninin açıqlamalarına sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Katz sosial media hesabında ivrit və fars dillərində paylaşım edərək, Qaaninin İsrailin Livandakı işğal etdiyi ərazilərdən geri çəkilməli olduğu barədə çağırışını tənqid edib. O, daha əvvəl Qaani ilə bağlı sosial mediada yayılan iddialara da toxunaraq istehzalı ifadələr işlədib.

İsrailin müdafiə naziri bildirib ki, İranın İsrailə hər hansı hücumu Tehranın "indiyədək etdiyi ən böyük səhv" olacaq.

Katz əlavə edib ki, belə bir ssenaridə İsrailin cavab tədbirlərinin qarşısını heç nəyin ala bilməyəcəyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ