Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya əsirliyində olan daha 160 ukraynalı hərbçinin azad edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə Telegram kanalında paylaşım edib.
Zelenski bildirib ki, azad edilən hərbçilərin hamısı 2022-ci ildən etibarən Rusiya əsirliyində saxlanılırdı.
“Biz ukraynalıları Rusiya əsirliyindən evə qaytarmağa davam edirik. Bu gün 160 hərbçi azad olunub. Onların hamısı 2022-ci ildən bəri əsirlikdə idi”, – deyə Zelenski vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az