Zaxarovadan SON DƏQİQƏ İrəvan açıqlamaları


Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında strateji seçimini mümkün qədər tez etməsi lazımdır.

Turkustan.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı davranışını Aİİ-yə vicdanlı üzvlük kimi qiymətləndirmək olmaz.

Zaxarovanın sözlərinə əsasən, Ermənistan hakimiyyətinin açıqlamalarından belə çıxır ki, İrəvan üçün Aİİ-də iştirak yalnız Avropa İttifaqına üzvlüyə hazırlıq məqsədi daşıyan müvəqqəti mərhələdir.

Rusiya XİN rəsmisi həmçinin baş nazir Nikol Paşinyanın Aİİ ilə bağlı son bəyanatlarını tənqid edib.

"Paşinyan Aİİ ilə bağlı son açıqlamalarıyla söhbəti yenidən başqa istiqamətə, demaqogiya müstəvisinə aparır. Bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması zamanı baş verənlərin təkrarıdır", - Zaxarova deyib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ