“Bolmart” fəaliyyətini tamamilə dayandırıb? - Şirkətdən açıqlama


“Bolmart” mağazalar şəbəkəsi hal-hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.

Turkustan.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, yalnız Səməd Vurğun 60 ünvanında yerləşən mağaza müəyyən texniki və təşkilati səbəblərdən dolayı olaraq müvəqqəti fəaliyyətini dayandırıb.

"Sözügedən mağazamızda işlərin bərpası üçün danışıqlar aparılır. Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - açıqlamada bildirilir.

Xatırladaq ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin fəaliyyətini dayandırdığı barədə xəbərlər yayılıb.

Şirkətin SOCAR-ın keçmiş vəzifəli şəxsi, hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddialar da mövcuddur.

Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ