Metro bu şəxslər üçün böyük risk yaradır


Sərnişinlərin çoxluğu nəticəsində metro vaqonlarında oksigen çatışmazlığı yaranır. Bu da xüsusilə ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün ciddi təhlükədir.

Bu sözləri kardioloq Günay Rəhimova Axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sıxlıq və havasızlıq şəraitində sağlam insan belə özünü pis hiss edə bilər, ürək xəstələri üçün vəziyyət isə daha ağırdır.

Mütəxəssis bildirib ki, sıxlıq, stres və işə tələsik getmək bədəndə adrenalinin yüksəlməsinə səbəb olur. Bu zaman ürək döyüntüləri artır, lakin ürəyin qanla təminatı zəifləyir:

“Əgər ürək zəifdirsə, qanı damarlara lazımi qədər pompalaya bilmir. Aritmiyaya meyilli xəstələrdə sürətli aritmiya yaranır, təzyiq xəstələrində isə təzyiq kəskin qalxır. Bu, nəticədə aritmik ölümə, infarkta, spazma və insult riskinə gətirib çıxara bilər”.


MANŞET XƏBƏRLƏRİ