Ölkə qarışdı: Narkotik əməliyyatında görə, 4-ü polis olmaqla 60 nəfər öldürüldü


Braziliyanın Rio-de-Janeyro əyalətində keçirilən narkotik əməliyyatında ilkin məlumatlara görə, 4-ü polis olmaqla 60 nəfər öldürülüb.

Turkustan.az xəbər verir ki, Rio-de-Janeyro əyalətinin qubernatoru Klaudio Kastro, "Comando Vermelho" cinayət təşkilatının bölgədə yayılmasının qarşısını almaq məqsədi ilə 2500 polisin təyin edildiyi əməliyyatın keçirildiyini bildirib.

Kastro qeyd edib ki, təhlükəsizlik qüvvələri 32 zirehli texnikanın dəstəyi ilə Rio-de-Janeyronun şimalında yerləşən Alemao və Penha bölgələrinə daxil olub.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin silahlı müqavimətlə qarşılaşdığını bildirən Kastro, əməliyyat zamanı ilkin məlumatlara görə dördü polis olmaqla 60 nəfərin həyatını itirdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ