Əylisli danışdı: Adımın Ramiz Mehdiyevlə yanaşı çəkilməsi...


“Daş Yuxular” romanıma görə yalnız Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilmişəm.

Bunu yazıçı Əkrəm Əylisli Kult.az-a açıqlamasında “Daş Yuxular” romanına görə bütün titullarının əlindən alınması ilə bağlı bu gün mətbuatda dərc olunan yazıya münasibət bildirərkən deyib.

“Heç bir təltifimi almayıblar, hamısı yerindədir. “İstiqal”, “Şöhrət” ordenlərinə heç kim toxunmayıb. Hansı yolla toxuna bilərlər, onu deyə bilmərəm. Mənə "Şöhrət" ordenini 60 yaşımda Heydər Əliyev verib. 65 yaşımda da "İstiqlal" ordenini. Məndən yalnız prezidentin sərəncamı ilə “Xalq yazıçısı” adı və “Prezidentin fərdi təqaüdü” alınıb. Mən əməkdar incəsənət xadimiyəm. Bu ada heç kəs toxunmayıb. Adama təsir edir ki, bu cür söz yoxdur, olmayan şeyi niyə yazırlar? İndi o vaxtı məndən onları aldılar, mən neyniyə bilərəm ki? Baxmayaraq ki, “Daş yuxular”ın haqqında münasibətlər var, dünyanın yarısı o əsəri təqdir elədi. Axı mənim adım niyə Ramiz Mehdiyevlə yanaşı çəkilməlidir. Ramiz Mehdiyevdən ordeni almayıblar hələ”, - Əkrəm Əylisli bildirib.


MANŞET XƏBƏRLƏRİ