Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna artıq bu silahlara sahib olan Avropa ölkələri ilə uzaqmənzilli silahların tədarükü ilə bağlı danışıqlar aparır.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Avropa Şurasının Brüsseldə keçirilən iclasının iştirakçılarına müraciətində deyib.
"Bu məsələ qaldırılanda Putinin necə əsəbiləşdiyinə baxın. O, başa düşür ki, uzaq mənzilli silahlar həqiqətən müharibənin gedişatını dəyişə bilər", - prezident vurğulayıb.
Ötən həftə ABŞ prezidenti Donald Tramp ABŞ-ın çoxlu sayda “Tomaqavk” raketlərinə malik olduğunu bəyan edib və onların Ukraynaya verilməsini istisna etməyib. O, hətta zarafatla Argentina prezidenti Xavyer Millaya bu raketləri təklif edib. Lakin Rusiya lideri Putinlə telefon danışığından sonra ABŞ prezidenti mövqeyini dəyişib.
Aytən Yaşar/ Turkustan.az