Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Rusiyanın düşməni olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın Rusiyanın düşməni olduğunu bəyan edərək, "ABŞ-ın "sözsüz sülh elçisi" indi Rusiya ilə tam şəkildə müharibəyə başlayıb" deyib.
Medvedev sosial media hesabından verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etməsini və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını dəyərləndirib.
Budapeşt sammitinin ləğvi və yeni sanksiyaların ardınca Ukraynaya yeni silahların göndərilə biləcəyinə işarə edən Medvedev, "Bəzi şərhçilər hələ də xəyal qururlarsa, indi həqiqəti görüblər. ABŞ bizim düşmənimizdir və onun "sözsüz sülh elçisi" indi Rusiya ilə hərtərəfli müharibəyə başlayıb" dedi.
Aytən Yaşar/ Turkustan.az