ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Budapeştdə planlaşdırılan, lakin ləğv edilən görüşlə bağlı Ağ Evin son bəyanatında görüşün “tamamilə masadan kənar” olmadığı bildirilib.
Turkustan.az xəbər verir ki, Ağ Evin sözçüsü bildirib ki, “Prezident və bütün administrasiya bu görüşün bir gün yenidən baş tutacağına ümid edir, lakin biz bu görüşün konkret və müsbət nəticə verməsini təmin etmək istəyirik”.
Ağ Evin sözçüsü Karoline Leavitt deyib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında potensial görüş "tamamilə masadan kənarda deyil".
Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində Tramp-Putin sammitinin baş tutub-tutmayacağı ilə bağlı gündəliyi müzakirə edib.
Leavitt Trampın Rusiya və Ukraynanın davam edən müharibəyə son qoymasında “irəliləyiş olmamasından” məyus olduğunu vurğulayıb.
ABŞ-ın Rusiyanın iki neft şirkətinə tətbiq etdiyi sanksiyalara toxunan Leavitt Trampın lazım bildiyi hər an Moskvaya qarşı hərəkətə keçə biləcəyini göstərdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az