Aİ növbəti iki il ərzində Ukraynaya maliyyə dəstəyi verəcək - Zelenski


Prezident Vladimir Zelenski bildirib ki, Avropa İttifaqı 2026-2027-ci illər ərzində Ukraynaya maliyyə dəstəyi göstərəcəyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısı Brüsseldə mətbuat konfransı zamanı bildirib. Prezidentin jurnalistlərlə ünsiyyəti Prezident Aparatı tərəfindən yayımlanıb.

"Pul çox vacib siqnaldır və Aİ-nin mühüm təzyiqidir. Və biz bugünkü siqnala görə, Avropa İttifaqının 2026-2027-ci illərdə Ukraynaya maliyyə dəstəyi verəcəyinə görə minnətdarıq. Bunun üçün sizə təşəkkür edirik", - Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ