ABŞ Rusiyaya qarşı sanksiyaları açıqladı


ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları elan edərkən, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünü ləğv etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Rusiyanın iki neft şirkəti Lukoil və Rosneft sanksiyalara məruz qalıb.

Qərarın səbəbi kimi Rusiyanın Ukraynada davam edən müharibəyə son qoymaq öhdəliyinin olmaması göstərilib.

Bəyanatda deyilir ki, sanksiyalar Rusiyanın müharibədən əldə etdiyi gəlirləri zəiflədəcək.

“Xəzinədarlıq Departamenti lazım gələrsə, Prezident Trampın növbəti müharibəyə son qoymaq səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazırdır”, - deyə Maliyyə Naziri Scott Bessent bildirib.

Bessent həmçinin müttəfiqləri sanksiyalara əməl etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ