Ağ Ev “Rosneft” və “Lukoil”a qarşı tətbiq edilən yeni sanksiyalar paketinin Rusiyaya əhəmiyyətli təsir göstərəcəyini gözləyir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ administrasiyasının sözçüsü Karolina Livitt brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, vurğulayıb ki, bu tədbirlər Rusiyanın iqtisadi və strateji maraqlarına ciddi zərər verəcək, eyni zamanda Rusiya üçün dağıdıcı təsirləri olacaq.
Bununla belə, Ağ Ev daha sərt sanksiyaların tətbiqi ilə bağlı suala cavab verməkdən yayınaraq məsələni birbaşa Prezident Donald Trampın qərarına buraxıb. Livitt qeyd edib: “Bu, prezidentdən asılıdır”. /Globalinfo.az/