ABŞ prezidenti Donald Tramp Qəzzada razılaşmaya “yaxın olduqlarını” bildirib.
Turkustan.az xəbər verir ki, hava limanında jurnalistlərə açıqlama verən Tramp Qəzzada yaxın gələcəkdə razılığın əldə olunacağına ümid etdiyini bildirib.
İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona uçması zamanı Tramp Qəzzada atəşkəsə nail olmaq əzmini vurğulayaraq, “Düşünürəm ki, Qəzzada razılaşmaya yaxınıq” deyib.
ABŞ prezidenti Qəzzada atəşkəsin "bu həftə ərzində" mümkün ola biləcəyini dəyərləndirdiyi çıxışında bu sözləri deyib:
"Gələn həftə girovların çoxu ilə bağlı HƏMAS ilə razılığa gəlməyimiz üçün yaxşı şans var. Bilirsiniz, biz girovların əksəriyyətini azad etdik, lakin qalan girovların çoxu azad olunacaq. Biz bunu bu həftə edəcəyimizi düşünürük".
Aytən Yaşar/Turkustan.az