“İsrail və İran arasında baş verən 12 günlük müharibədən sonra Türkiyənin müdafiə sənayesində çox sayda orta və uzaq mənzilli ballistik raketin istehsal edilməsi qərarlaşdırılıb”.
Turkustan.az xəbər verir ki, bu barədə Yunanıstanın “Pentapostagma” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Türkiyənin müdafiə sənayesində nəzərdə tutulan yeniliklər hər zamankından daha çox diqqət çəkir:
“Belə raketlər çox sayda pilotsuz uçuş aparatları ilə birlikdə hava hücumundan müdafiə sistemini yara, hətta mexanizmi məhv edə bilər. Bu, İsrail-İran müharibəsində aydın şəkildə müşahidə olundu.
Türkiyədən Yunanıstana qarşı təhdid hər keçən gün daha artır. İki ölkə arasında hərbi qarşıdurmanın yaşanma ehtimalı çox yüksəkdir”./Globalinfo.az